əxtiyar Vahabzadə — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim — yaradıcılığı ilə türk dünyasının mədəni həyatında xüsusi yer tutan sənətkarlardandır. Onun xatirəsinə həsr olunmuş ev-muzeyi Şəki şəhərində yerləşir və bu böyük şairin həyatını, yaradıcılığını və irsini gələcək nəsillərə çatdırmaq məqsədilə yaradılmışdır. Bəxtiyar Vahabzadənin anadan olduğu XIX əsrin sonu — XX əsrin əvvəllərində tikilmiş ev 2017–2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əsaslı şəkildə bərpa edilmiş və 2018-ci ildən etibarən ev-muzey kimi fəaliyyətə başlamışdır. Muzeyin yaradılması şairin həyat və yaradıcılığının daha geniş auditoriyaya çatdırılması, ədəbiyyat tariximizə töhfələrinin xatirəsinin qorunması üçün atılmış vacib addımlardan biridir.
Ətraflı